Az | EN

Türkiyənin Togg avtomobilinin qiyməti açıqlanıb

Bənövşə Kazımova
15 Mart 2023 15:45
739 baxış
Türkiyənin Togg avtomobilinin qiyməti açıqlanıb

Türkiyənin Türkiyənin elektrikli və yerli avtomobili Togg-un qiyməti açıqlanıb. 

Togg-un yaydığı məlumata görə, 16-27 mart tarixlərində Trumore rəqəmsal platforması və Togg internet saytında ön sifariş veriləcək Togg T10X modeli 953 min Türk Lirəsindən ( 85 min 389 manat) satışa çıxarılacaq.

Qeyd edək ki, markanın "T10X" modelinin "V1 RWD" baza versiyası 953 min TL (85 min 389 manat) olacaq. "V2 RWD" versiyasının qiyməti isə 1 milyon 55 min TL-dir. (94 min 528 manat) "V2 RWD" uzun mənzilli versiyası isə 1 milyon 215 min TL-yə (108 min 864 manat) satılacaq.

T10X istifadəçilərə iki batareya variantı ilə təklif olunacaq. 160 kW / 218 at gücü və 350 Nm hasil edən T10X RWD (arxa ötürücü), iki fərqli akkumulyator variantı ilə 314 və 523 kilometr məsafə qət edə bilir.

© copyright 2022 | tech.az | info@tech.az