Az | EN

Türkmənistanda yeni süni intellekt aləti — “Awaza AI” virtual köməkçi istifadəyə verildi

Nigar Sultanli
21 İyul 2025 14:11
55 baxış
Türkmənistanda yeni süni intellekt aləti — “Awaza AI” virtual köməkçi istifadəyə verildi

Türkmənistan “Awaza AI” yeni süni intellekt əsaslı virtual köməkçini təqdim edib. Bu texnoloji yenilik BMT-nin Quruya Çıxmayan Ölkələrin Üçüncü Konfransı (LLDC3) iştirakçılarına tədbir barədə sürətli və dəqiq məlumat vermək üçün hazırlanıb.

Konfrans 4–8 avqust 2025-ci il tarixlərində Xəzər dənizi sahilində, “Awaza” Konqres Mərkəzində keçiriləcək. Virtual köməkçi tədbirin proqramı, spikerləri, logistika və digər vacib detallarla bağlı real vaxtda iştirakçılara dəstək göstərəcək.

Tədbir çərçivəsində plenarlarda, mövzu dəyirmi masalarında və yan tədbirlərdə BMT üzv ölkələri, QHT-lər və özəl sektor nümayəndələri iştirak edəcək. Həmçinin, davamlı inkişaf, ticarət, nəqliyyat, informasiya texnologiyaları və iqlim mövzularına dair sərgilər təşkil olunacaq.

Konfransda gənclər, qadın liderlər və vətəndaş cəmiyyəti üçün ayrıca forumlar da nəzərdə tutulub. İştirakçılar üçün əvvəlcədən akkreditasiya tələb olunur.

“Awaza AI” tədbir iştirakçılarının işini asanlaşdırmaqla, konfransın yüksək səviyyədə keçirilməsinə mühüm töhfə verəcək.

© copyright 2022 | tech.az | info@tech.az