Az | EN

Twitch-in baş direktoru 16 il sonra istefa verib

Səbinə Eyvazova
18 Mart 2023 17:02
227 baxış
Twitch-in baş direktoru 16 il sonra istefa verib

Twitch-in ilk qurucularından biri olan Emmet Şir tutduğu vəzifədən istefa verib. 16 ildir baş direktor vəzifəsini icra edən Şir şirkətin vəzifəsini idarə heyətinin üzvünə həvalə edəcək. Məlumata görə, onun yerini Den Klensi tutacaq.

Şir mövzu ilə bağlı açıqlamasında həyatının başqa bir dövrünə keçdiyini, buna görə də verdiyi qərardan məmnun olduğunu bildirib.


Qeyd edək ki, Twitch 2011-ci ildə aktiv olsa da, Şir platformanı 16 il  ərzində idarə edib. Buna səbəb isə Şir və dostunun 2006-cı ildən internetdə canlı yayım üzərində çalışmasıdır. O, dostu Castin Kan ilə Justin.tv-ni dəyişdirərək Twitch platformasını qurub və onu qlobal brendə çevirib. Bu qloballaşma ilə Twitch bütün dünyada vəd edilmiş 24 saatlıq yayım axını təmin edə bilir. 

Əlavə olaraq bildirək ki, Amazon 2014-cü ildə yayım xidmətini 970 milyon dollara satın alıb.

© copyright 2022 | tech.az | info@tech.az