Az | EN

Twitter aktiv istifadəçi sayında rekord qırıb

Bənövşə Kazımova
12 Noyabr 2022 11:34
357 baxış
Twitter aktiv istifadəçi sayında rekord qırıb

İlon Maskın Twitter-i 44 milyard dollara almasından sonra bir sıra radikal qərarlar verib. Twitter-də menecerlər də daxil olmaqla, işçilərin yarısının işdən çıxarılması və qovulması son günlərdə baş verən hadisələrdən yalnız bir neçəsidir. 

Bütün bunlara baxmayaraq, son məlumatlarda Twitter-in aktiv istifadəçilərin sayında rekord qırdığı bildirilir. Bu barədə Mask öz Twitter hesabında məlumat verib.

Mask tvitində platformanın 11.11.2022-ci il tarixində bütün zamanların ən yüksək aktiv istifadəçi sayına çatdığını açıqlayıb. Twitter-in baş direktoru aktiv istifadəçilərin sayı ilə bağlı dəqiq rəqəm açıqlamayıb. Ancaq "Statista"nın son araşdırmasına görə, Twitter-də gündəlik pul qazana bilən 237,8 milyon aktiv istifadəçi var. 

Digər tərəfdən, Facebook, Messenger, Instagram və WhatsApp-dan gündəlik istifadə edənlərin ümumi sayı isə 2,93 milyarddır. Ümumilikdə Twitter-dən 12,3 dəfə çoxdur. Hətta Snapchat gündəlik 363 milyon aktiv istifadəçisi ilə Twitter-i geridə qoyub.

© copyright 2022 | tech.az | info@tech.az