Bildiyimiz kimi, Mask şirkəti satın aldıqdan sonra verdiyi bir çox radikal qərarlarla gündəmə gəlib. Bu qərarlardan biri də şirkət əməkdaşlarının ixtisarı ilə bağlı idi. Şirkət artıq işçilərin ixtisarına başlayıb.
“Bloomberg” xəbər agentliyinin verdiyi məlumata görə, şirkət ixtisara saldığı bir çox işçilərinin yenidən işə qayıtmasını istəyib. Agentlik bildirib, şirkət bəzi əməkdaşların səhvən işdən çıxarıldığı barədə məlumat verib.
Həmçinin agentliyin verdiyi məlumatlarda qeyd olunub ki, şirkət rəhbərliyi ixtisardan sonra işçilərin əhəmiyyətini anlayıb və geriçağırılma ilə əlaqədar müraciət də ünvanlayıb. Onu da əlavə edək ki, Twitter bütün bu məlumatlarla bağlı hələlik rəsmi açıqlama verməyib.