Az | EN

Twitter-də artıq bir tvitdə foto, video və GIF paylaşmaq mümkündür

Səbinə Eyvazova
07 Oktyabr 2022 11:08
268 baxış
Twitter-də artıq bir tvitdə foto, video və GIF paylaşmaq mümkündür

Twitter son illərdə üzərində işlədiyi yeniliklərlə istifadəçilərinə daha yaxşı xidmət göstərməyə çalışır. Bu məqsədlə bir sıra addımlar atan şirkət platformasına yeni bir funksiya əlavə edib. Belə ki, platforma istifadəçilərinə bir tvitdə müxtəlif formatlarda vizual məzmun paylaşmağa icazə verməyə başlayıb. Başqa sözlə desək, Twitter istifadəçiləri artıq tvit paylaşarkən fotoşəkilləri, videoları və GIF-ləri bir postda birlikdə əlavə edə biləcəklər.

Belə ki, tvit hazırlayarkən istifadəçi “Media” və ya “GIF” işarəsinə toxunduqdan və paylaşmaq istədiyi məzmunu seçdikdən sonra istədiyi məzmunu seçib paylaşa bilər. Məlumata görə, hər tvitə dördə qədər video, şəkil və GIF əlavə edilə bilər. Qeyd edək ki, yeniləmə hazırda iOS və Android-də mövcuddur. Ancaq masaüstü versiyada isə hələlik əlçatan deyil.

Bundan əlavə, şirkət platformasına podkastlar əlavə etməyə başlayacağını da açıqlayıb və podkastları ehtiva edən Twitter Spaces-in sınaq versiyasını istifadəyə verib. Artıq istifadəçilər öz maraqlarına uyğun pleylistlər vasitəsilə podkastlar dinləyə biləcəklər.

© copyright 2022 | tech.az | info@tech.az