Cek Dorsi keçən ay Twitter-ə bənzər yeni tətbiq təqdim edib. Dəvət kodu ilə daxil oluna bilən Bluesky, artıq iPhone-da diqqətəlayiq yükləmə sayına çatıb. Son hesabatlarda göstərilib ki, Bluesky 245000-dən çox iPhone istifadəçisi tərəfindən endirilib.
Bu yaxınlarda proqramın Android versiyası da elan edilib. Gözləmə siyahısında olan istifadəçilər beta versiyasını sınaqdan keçirməyə başlayıblar. Bununla belə, Android tərəfində yükləmələrin sayı hələki bəlli deyil.
2019-cu ildə Dorsi tərəfindən hazırlanmağa başlayan Bluesky Twitter-dəkinə bənzər bir interfeys təqdim edir. Qeyd edək ki, Bluesky-ın istifadəçilərlə qarşılıqlı əlaqəyə əsasən hazırlanacağı bildirilib.
İlon Maskın son mübahisəli qərarları Twitter-ə olan inamı qırıb. Bu səbəbdən də Bluesky tətbiqinə maraq yüksək səviyyədədir. Belə ki, Bluesky hələ ki, beta mərhələsində olsa da, əhəmiyyətli miqdarda istifadəçi bazasına müraciət edir.