Az | EN

Twitter Hindistandakı işçilərinin 90 faizini işdən çıxarıb

Bənövşə Kazımova
08 Noyabr 2022 13:41
300 baxış
Twitter Hindistandakı işçilərinin 90 faizini işdən çıxarıb

İlon Mask-ın satın aldığı sosial media şirkəti Twitter həftə sonu Hindistandakı işçilərinin işçilərini də işdən çıxarıb. İşçi qüvvəsini yarıya qədər ixtisar edən şirkət həftə sonu Hindistandakı işçilərinin 90 faizini ixtisar edib.

Məlumatlara görə, ixtisara salınan əməkdaşlar Yeni Dehli, Mumbay və Benqalur ofislərində fəaliyyət göstərib. Bu işçilərin 70 faizi isə texniki işlər üzərində çalışırdılar. Bundan əlavə, marketinq, ictimai siyasət və korporativ kommunikasiyalar bölmələrində çalışan bəzi işçilər də işdən çıxarılıb.

Xatırladaq ki, Twitter rəhbərliyi bir müddət əvvəl işçilərinə ixtisarların noyabrın 4-də başlayacağına dair e-poçt göndərmişdi.

© copyright 2022 | tech.az | info@tech.az