Ötən gün İlon Mask qərargahın yuxarı hissəsində nəhəng “X” loqotipi yerləşdirmişdi. Lakin bu loqo icazəsiz yerləşdirildiyi və ətrafdakıları narahat etdiyi üçün yerli hökumət tərəfindən yığışdırılıb.
Maskın bu addımı ilə bağlı tənqidlər xüsusilə San Fransisko Tikinti Təftişi Departamentindən gəlib. Departamentdən Patrick Hanna bildirib ki, Mask binanın yuxarı hissəsində sözügedən loqotipi yerləşdirmək üçün müəyyən təhlükəsizlik tələblərinə cavab verməli və bələdiyyədən icazə almalıdır.
Bundan əlavə, X loqosunun binanın yuxarı hissəsində qalması üçün Audit Departamenti loqonun binanın tarixi təbiətinə uyğun olduğunu təsdiq etməli, həmçinin, loqonun yerləşdirilməsi zamanı mülki vətəndaşların baş verə biləcək qəzada xəsarət almaması üçün binanın ətraf mühiti qorunmalı idi. Lakin Mask bu qaydalara məhəl qoymayıb. Bu vəziyyət nəticəsində Maskın "X" loqo şousu qısa ömürlü oldu və loqo hökümət tərəfindən yığışdırıldı.