Bluesky Instagram-a rəqib olacaq yeni platformunu təqdim etdi: "Flashes"
Bluesky X (keçmiş Twitter) ilə rəqabətdə ad çıxardıqdan sonra indi də Instagram-a rəqib olmağı hədəfləyir. Şirkət tezliklə istifadəyə veriləcək "Flashes" adlı yeni platformunu elan edib. Bu platform, Bluesky-ın AT protokolü üzərində qurulub və Sebastian Vogelsang tərəfindən hazırlanıb.
Flashes necə işləyir?
Bluesky və Flashes platformaları arasında qarşılıqlı inteqrasiya təmin ediləcək. Yəni Bluesky-da paylaşdığınız məzmun Flashes-də, Flashes-dəki paylaşımlar isə Bluesky-da görünəcək.
Sebastian Vogelsang-ın sözlərinə görə, Flashes Instagram-ın birbaşa surəti olmayacaq. Platforma istifadəçilərə maksimum 4 foto və ya 1 dəqiqəlik videolar paylaşmaq imkanı təqdim edəcək. Lakin Vogelsang qeyd edib ki, Flashes hələ Instagram qədər inkişaf etmiş funksiyalara malik olmayacaq.
Texnologiya dünyasında yeniliklər sürətlə davam edir, Flashes isə Instagram-a alternativ olaraq öz yerini tapmağa çalışır. Gələcək həftələrdə platformanın təqdim olunması gözlənilir.
Twitter Cek Dorsi tərəfindən qurulub. Platforma İlon Maska satıldıqdan sonra Cek Dorsi Bluesky adlı X-a bənzər platforma qurmuşdu. İndi də o "Flashe"i quracağını elan edib.