Az | EN

Twitter yeni funksiyasını elan edib

Səbinə Eyvazova
04 May 2022 13:30
205 baxış
Twitter yeni funksiyasını elan edib

Twitter "Twitter Circle" adlı funksiyasını sınaqdan keçirir. Yeni funksiya paylaşımları məhdud sayda insanların görməsinə imkan verəcək. Hələ sınaq mərhələsində olan funksiya ilk dəfə 2021-ci ilin sonlarında mobil tərtibatçı Alessandro Paluzzi tərəfindən ortaya çıxarılmışdı. Bu funksiyanın Instagram-ın "Close friends" funksiyası ilə eyni mahiyyətdə olacağı bildirilir. Qeyd edək ki, Twitter də rəsmi hesabında yeni funksiyanın sınaq mərhələsində olduğu barədə açıqlama verib.. Alessandro Paluzzi Twitter hesabındakı "Twitter Circle" siyahısının 150 nəfərlə məhdudlaşacağını bildirib və kiçik bir video ilə funksiyanın necə işləyəcəyini göstərib. Twitter həmçinin bu funksiyanın artıq bəzi insanlar üçün əlçatan olacağını da əlavə edib. Test mərhələsində olan yeni funksiyanın tam olaraq nə vaxt işlək vəziyyətdə olacağı isə hələlik bəlli deyil.

© copyright 2022 | tech.az | info@tech.az