Az | EN

Ukrayna komandirləri Discord vasitəsilə qoşunlara nəzarət edir

Fidan Abbaszadə
08 İyun 2023 17:31
270 baxış
Ukrayna komandirləri Discord vasitəsilə qoşunlara nəzarət edir

Ukrayna hərbi komandanlığı qoşunlara nəzarət etmək üçün Discord messencerindən istifadə edir. Bu barədə “MILITARNYI” xəbər platforması məlumat verib.

Uzun müddətdir dünyanın hər yerindən oyunçular tərəfindən istifadə edilən Discord hərbçilərə qrup zənglərinə qoşulmağa imkan verir. Xəbərlə bağlı Ərazi müdafiə qüvvələrinin və 26-cı çay qayıqları diviziyasının birgə təlimləri ilə bağlı videoçarxa istinad edilib.

Qeyd edək ki, platformadan Donbasdakı döyüş əməliyyatları zamanı Ukrayna komandanlıq məntəqələri də istifadə edib. Discord müxtəlif mövqelərdə olan döyüş qrupları ilə tez əlaqə yaratmaq üçün əlverişlidir. Ehtimallara görə, hərbçilər serveri haker hücumlarından qorumaq üçün xüsusi platformalardan istifadə edirlər.

Məlumat üçüb bildirək ki, Pentaqonun Ukrayna planlarını və Ukrayna Silahlı Qüvvələrinin texnikasının miqdarını nümayiş etdirdiyi iddia edilən sızdırılmış sənədlər ilk dəfə Discord serverlərində görülüb.

© copyright 2022 | tech.az | info@tech.az