Qazaxıstanlı təsisçilər tərəfindən ABŞ-də qurulan, süni intellekt əsaslı məzmun yaratma startapı və unikorn statusuna malik Higgsfield AI-nin X (keçmiş Twitter) sosial şəbəkəsindəki rəsmi hesabı bağlanıb.
Hesabın deaktiv edilmə səbəbləri ilə bağlı şirkət və ya platforma tərəfindən hələlik rəsmi açıqlama verilməyib. Hadisə texnologiya və vençur kapital dairələrində müzakirələrə səbəb olub.
Qeyd edək ki, milyard dollardan artıq dəyərləndirilən Higgsfield AI süni intellekt vasitəsilə vizual və kreativ məzmun istehsalı sahəsində fəaliyyət göstərir və qlobal bazarda sürətli artımı ilə seçilirdi.
