Az | EN

Uri Levine: “SOCAR Waze-i satın almayıb”

Cəmil Hüseynzadə
11 Oktyabr 2024 19:39
544 baxış
Uri Levine: “SOCAR Waze-i satın almayıb”

Bu gün Bakıda InMerge İnnovasiya sammitinin 2-ci günün keçirilib. Sammitdə Waze şirkətinin həmtəsisçisi Uri Levine də çıxış edib. O Waze qurulmasından, inkişafından və satışından danışıb. Uri Levine çıxışı zamanı maraqlı məqama da toxunub. O Azərbaycanda olarkən ondan “SOCAR-ın Waze-i satın alıb-almadığı” sualının soruşulduğunu bildirib. Davamında isə o belə bir şeyin olmadığını bildirib.

Bir müddət əvvəl Azərbaycanda taksi sürücüləri arasında belə şayiə yayılmışdı. Onlar Waze-in satın alındığını və uzaq məsafə göstərək daha çox yanacaq sərfiyyatının olduğunu iddia edirdilər.

2013-cü ilin iyun ayında Waze Mobile Google tərəfindən 1,3 milyard ABŞ dollarına alınıb.

© copyright 2022 | tech.az | info@tech.az