Az | EN

V.Putin Yandex-in satışına razılıq verib

Cəmil Hüseynzadə
22 May 2023 10:21
482 baxış
V.Putin Yandex-in satışına razılıq verib

Ötən günlərdə mediada Yandex-in hissə satışı ilə bağlı xəbərlər yayımlanmışdı. Xəbərlərdə də bildirilir ki, Yandex-in 51%-ni azərbaycanlı milyader Vahid Ələkbərov satın almaq istəyir. 

Mayın 17-də, Hesablama Palatasının keçmiş rəhbəri, hazırda Yandex-in korporativ inkişaf müşaviri Aleksey Kudrin şirkətin gələcəyini müzakirə etmək üçün Vladimir Putinlə görüşüb. Bu barədə məlumatı mediaya şirkətə yaxın mənbələr bildiriblər. Məlumata görə, Kudrin prezidentə “Yandex”in dörd potensial səhmdarının siyahısını göstərib: “İnterros”un rəhbəri Vladimir Potanin, “Severqrup”un rəhbəri Aleksey Mordaşov, “Lukoyl”un həmsahibi Vaqit Ələkbərov və VTB Bank.

Görüşün nəticələri ilə tanış olanların  sözlərinə görə, Putin gələcək konsorsiumun tərkibi ilə bağlı Kudrinin təklifi ilə razılaşıb. Yandex payının investorların hər birinə nə qədər veriləcəyi isə hələlik məlum deyil. Çox güman ki, nəzarət paketi konsorsium üzvləri arasında təxminən bərabər bölünəcək.

Məsələ ilə bağlı mediaya Yandex və Mordaşovun nümayəndələri açıqlama verməkdən imtina edib, Dmitri Peskov, VTB və Lukoil isə sorğulara cavab verməyib.

© copyright 2022 | tech.az | info@tech.az