Az | EN

Vətəndaşlar artıq özəl müəssisələr tərəfindən sorğulanan məlumatlarına verdikləri razılığa müddət məhdudiyyəti qoya biləcəklər

Nigar Sultanli
07 May 2025 11:14
87 baxış
Vətəndaşlar artıq özəl müəssisələr tərəfindən sorğulanan məlumatlarına verdikləri razılığa müddət məhdudiyyəti qoya biləcəklər

Vətəndaşlar fərdi məlumatlarının özəl müəssisələr tərəfindən sorğulanmasına verdikləri razılıqları “mygov” platforması vasitəsilə rahatlıqla idarə edə bilirlər. Yaradılmış yeni imkan sayəsində vətəndaşlar məlumatlarının sorğulanmasına müddət təyin etməklə razılıq verə biləcək. Razılığın qüvvədə qalma müddətini(müvəqqəti/daimi) təyin etmək mümkündür ki, bu da məlumatların istifadəsinə daha dəqiq nəzarət imkanı yaradır.

Vətəndaşlar “mygov” platformasının “Sorğulanmış məlumatlarım” bölməsində verdikləri razılıqları izləyə, bu razılıqların qüvvədə qalma müddətini təyin edə, istədikdə isə onları dayandıra və ya yenidən aktivləşdirə bilərlər. Müddət təyin edildikdə, müəssisə yalnız göstərilən zaman aralığında vətəndaşın məlumatlarını “mygov” vasitəsilə sorğulaya bilər. Əgər razılıq dayandırılarsa, müvafiq özəl müəssisələrin bu məlumatlara çıxışı tamamilə məhdudlaşdırılır.

Beləliklə, “mygov” platformasına əlavə edilmiş bu yeni funksionallıq vətəndaşlara məlumatlarını rəqəmsal şəkildə, daha effektiv və təhlükəsiz formada idarə etməyə imkan verir.

© copyright 2022 | tech.az | info@tech.az