Rusiyada iyunun 19-dan etibarən yenidən bazara qaytarılan Volga markalı avtomobillərin satışına başlanılıb. Model sırasına K40 krossoveri, C50 biznes sedanı və flaqman K50 krossoveri daxildir.
Ən əlçatan model olan Volga K40-ın qiyməti 2,749 milyon rubldan başlayır. C50 sedanı 2,899 milyon rubla, K50 isə 4,199 milyon rubla təklif olunur. Şirkətin məlumatına görə, avtomobillər Geely platformaları əsasında hazırlansa da, analoji modellərdən daha ucuzdur.
Bütün avtomobillər Nijni Novqorodda yerləşən keçmiş Volkswagen və Skoda zavodunda istehsal edilir. İstehsalçı 5 il və ya 150 min kilometr zəmanət təqdim edir. 2026-cı ildə 30 min avtomobil istehsalı, onlardan 27 mininin satışa çıxarılması planlaşdırılır.
