Az | EN

“Volkswagen” öz brendlərinə “Twitter”də ödənişli reklamları dayandırmağı tövsiyə edib

Bənövşə Kazımova
07 Noyabr 2022 13:02
268 baxış
“Volkswagen” öz brendlərinə “Twitter”də ödənişli reklamları dayandırmağı tövsiyə edib

Volkswagen öz brendlərindən Twitter-də ödənişli reklamları dayandırmağı xahiş edib.

İlon Mask-ın şirkəti satın almasındam sonra alman istehsalçısı öz brendlərinə növbəti xəbərdarlığa qədər Twitter-də ödənişli reklamları dayandırmağı tövsiyə edib. Belə ki, General Motors Twitter-də reklam fəaliyyətini dayandırdıqdan sonra Volkswagen bu addım atıb. "Biz vəziyyəti diqqətlə izləyirik və onun inkişafından asılı olaraq növbəti addımlar barədə qərar verəcəyik", - Volkswagen-in bəyanatında qeyd olunub. 

Bildirək ki, Mask şirkəti aldıqdan sonra verilən açıqlamalarda şirkətin siyasətlərinin  dəyişdiriləcəyi bildirilir. Bu da təbii ki, bəzi istifadəçilərin və reklamçıların fəaliyyətlərini dayandırmasına səbəb olub.

© copyright 2022 | tech.az | info@tech.az