Alman startapı Volocopter 2011-ci ildən özünün tam elektriklə işləyən qalxma və enmə təyyarəsi üzərində işləyir. Bir sıra prototiplərdən və “1500-dən çox” sınaq uçuşundan sonra şirkət VoloCity adlı hava taksisinin tam ölçülü istehsaldan əvvəlki prototipini hazırlayıb. 2021-ci ilin dekabrında baş tutan uçuşda təyyarənin havaya qalxması, bir dəqiqə ərzində havada dayanması və daha sonra təyyarədə heç bir insan olmadan operatorlar tərəfindən uzaqdan idarə olunaraq uğurla enişi göstərilir. Bildirilib ki, eVTOL-da 200 kq tutumlu iki sərnişin və əl yükü üçün yer var. Onun uçuş məsafəsi 35 km, maksimal sürəti isə 110 km/saatdır. Üstündə 18 pər olsa da, şirkət onun adi bir helikopterdən dörd dəfə daha səssiz olduğunu iddia edir.