Az | EN

Voodoo BeReal-ı alıb

Cəmil Hüseynzadə
12 İyun 2024 11:04
273 baxış
Voodoo BeReal-ı alıb

Fransız mobil proqramlar və oyunların tərtibatçısı Voodoo BeReal-ı alıb. Müqavilənin şərtlərinə görə, BeReal-ın həmtəsisçisi və baş direktoru Aleksis Barreiat keçid dövründən sonra şirkəti tərk edəcək. Sosial şəbəkəyə Wizz şirkətinin baş direktoru (Vodoo proqramlarından biri) Emerik Roffe rəhbərlik edəcək.

Baş icraçı Aleksandr Yəzdi Financial Times-a bildirib ki , Voodoo şirkəti gəlirli etmək üçün BeReal-da reklam əlavələri yaratmağı planlaşdırır. Voodoo həmçinin xidmətin aktiv istifadəçilərinin sayını artırmaq istəyir. 2022-ci ilin sonundan etibarən BeReal-ın aktiv istifadəçilərinin sayı təxminən 50 milyon olaraq qalıb, lakin yükləmələrin sayı 2022-ci ilin üçüncü rübündəki 35 milyonluq zirvədən 5-ə düşüb. 

BeReal 2019-cu ildə yaradılıb. Sosial şəbəkədə istifadəçilər gündə bir dəfə smartfonlarının əsas və ön kameraları ilə çəkilmiş bir şəkil platformaya yerləşdirməlidirlər. Fotolar redaktə edilə bilməz. İstifadəçilərə hər gün müxtəlif vaxtlarda iki dəqiqə ərzində şəkil çəkdirmək barədə bildiriş göndərilir. Bəyənmə yoxdur.Vodoo-nun məlumatına görə, BeReal-ın əsas auditoriyası ABŞ, Fransa və Yaponiyadadır. Üstəlik, bu ölkələrdə istifadəçilərin yarısı proqramdan həftədə ən azı altı gün istifadə edir.

© copyright 2022 | tech.az | info@tech.az