Az | EN

WeChat Kanadada təhlükəsizlik riskinə görə qadağan edilib

Səbinə Eyvazova
01 Noyabr 2023 14:19
184 baxış
WeChat Kanadada təhlükəsizlik riskinə görə qadağan edilib

Kanada təhlükəsizlik baxımından WeChat və TikTok tətbiqlərini qadağan edib. Kanada Xəzinədarlığı Şurası WeChat-ın mobil cihazlardan ciddi məlumat toplama riski yaratdığını bildirib. Həmçinin, Rusiyanın antivirus proqramı olan Kaspersky də qadağan edilib.

Çin Xarici İşlər Nazirliyi isə bu qadağanı tənqid edib və konkret sübutların olmadığını iddia edib. Kanada vətəndaşlarına daha şəffaf təhlükəsizlik qaydalarına malik tətbiqləri seçməyi tövsiyə edib. O, məlumatların, xüsusən də Çindən gələn proqramların təhlükəsizliyi ilə bağlı narahatlıqlara görə belə bir tövsiyə verib.

© copyright 2022 | tech.az | info@tech.az