WhatsApp İrlandiyafa Avropa İttifaqının məlumat məxfiliyini pozduğuna görə Məlumatların Mühafizəsi Komissiyası tərəfindən 5,5 milyon avro cərimələnib. Məsələ ilə bağlı açıqlama verən komissiya bildirib ki, o, platformanın bu məlumatlardan xidmətin təkmilləşdirilməsi və təhlükəsizliyi təmin etmək üçün istifadə etməsini istəyir.
Komissiya həmçinin WhatsApp-ın 6 ay ərzində məlumat emal proseslərini Aİ məxfilik qaydalarına uyğunlaşdıracağına qərar verib. Digər tərəfdən WhatsApp bu qərara etiraz edəcəyini açıqlayıb.
Qeyd edək ki, 2021-ci ilin sentyabrında da İrlandiya Məlumatların Mühafizəsi Komissiyası məlumatların qaydalarını pozduğuna görə WhatsApp-ı 225 milyon avro cərimələmişdi.