Az | EN

WhatsApp 5000 nəfərlik qruplara icazə verəcək

Bənövşə Kazımova
07 Dekabr 2022 14:27
192 baxış
WhatsApp 5000 nəfərlik qruplara icazə verəcək

WhatsApp yeni funksiya təqdim edib. Bir müddət əvvəl digər yeniliklər gətirən WhatsApp indi də 5000 nəfərlik elan qruplarına icazə verəcək.

Bu qruplarda qarşılıqlı əlaqə olmayacaq, istifadəçilər yalnız qoşulduqları qrupların elanlarını oxuya biləcəklər. Bundan əlavə nəzərinizə çatdıraq ki, istifadəçilər artıq qrup mesajlarında başqalarının profil fotolarını görə bilirlər. Belə ki, nömrələri saxlamağı sevməyən WhatsApp istifadəçiləri adına baxmadan kimin hansı mesajı göndərdiyini asanlıqla anlayacaqlar.

Yeni yeniləmə ilə gələn funksiyalar tədricən həm WhatsApp mobil proqramında, həm də masaüstü versiyada istifadəyə verilir.

© copyright 2022 | tech.az | info@tech.az