Az | EN

WhatsApp-a hesablar arasında keçid funksiyası gəlir

Səbinə Eyvazova
04 Sentyabr 2023 12:16
258 baxış
WhatsApp-a hesablar arasında keçid funksiyası gəlir

“WhatsApp” istifadəçilərə birdən çox hesabla daxil olmaq imkanı verməyi planlaşdırır.

Android-in WhatsApp beta versiyasındakı yeniləmə ilə eyni telefonda iki fərqli hesabdan istifadə etmək mümkün olub. Hələlik yalnız bir əlavə hesabın əlavə oluna biləcəyi bu yenilikdə gələcəkdə bu rəqəmin arta biləcəyi düşünülür.

Bu yeni funksiya hazırda yalnız bəzi beta istifadəçiləri üçün əlçatandır və onun nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı barədə rəsmi məlumat paylaşılmayıb.

Əvvəllər istifadəçilər WhatsApp-ı klonlamalı və ya əlavə hesablar üçün üçüncü tərəf proqramlarını yükləməli idilər. İndi bu funksiya vasitəsilə bu cür yollara əl atmağa ehtiyac qalmayacaq. 

© copyright 2022 | tech.az | info@tech.az