Az | EN

“WhatsApp”a mesajın sabitlənməsi funksiyası əlavə edilib

Səbinə Eyvazova
13 Dekabr 2023 15:47
165 baxış
“WhatsApp”a mesajın sabitlənməsi funksiyası əlavə edilib

“WhatsApp” messenceri yeni funksiya təqdim edib, onun sayəsində istifadəçilər mesajı çatın yuxarı hissəsinə yerləşdirə (“Pin” edə) biləcəklər. Yenilik artıq bütün istifadəçilər üçün əlçatandır.

Bildirilir ki, mesajı çatın yuxarı hissəsinə yerləşdirmək üçün onun üzərinə basıb saxlamaq və açılan menyuda “Pin” funksiyasını seçmək lazımdır. Qeyd olunduğu kimi, bir mesajı 30 gün müddətinə “bərkitmək” mümkün olacaq.

Bir müddət əvvəl “WhatsApp” iOS smartfonlarının istifadəçilərinə orijinal ölçüdə foto və video göndərməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirməyə başlayıb.

 

©banker.az

© copyright 2022 | tech.az | info@tech.az