WhatsApp mesajları artıq redaktə edilə biləcək. Lakin mesajları göndərildikdən sonrakı 15 dəqiqə ərzində redaktə etmək mümkün olacaq. Yəni ki, köhnə mesajları redaktə etmək hələki mümkün deyil.
WhatsApp-dan verilən açıqlamada funksiyanın qlobal olaraq istifadəyə verilməyə başladığı və yaxın həftələrdə hər kəsin istifadə edə biləcəyi qeyd edilib.
Şirkət qeyd edib ki, mesajı redaktə etmək üçün lazım olan tək şey redaktə ediləcək mesajın üzərinə basıb sonra “redaktə et” düyməsinə klikləməkdir. Redaktə edilmiş mesajların yanında "Redaktə edildi" yazısı görünəcək.
WhatsApp bir müddətdir ki, məhdud istifadəçi bazası ilə bu funksiyanı sınaqdan keçirirdi. Ancaq son açıqlama ilə bu xüsusiyyətin rəsmi olaraq istifadəyə verildiyini söyləyə bilərik.