Avropa Birliyinin Rəqəmsal Bazarlar Qanununa uyğun olaraq, WhatsApp öz platformasına digər söhbət proqramlarını da inteqrasiya etməyi planlaşdırır. Bu WABetaInfo tərəfindən aşkar edilmiş yeni bölmə ilə üçüncü tərəf söhbətlərini qəbul etmək üçün hazırlanır.
Qeyd edək ki, bu addım müxtəlif mesajlaşma proqramları arasında qarşılıqlı əlaqəni artırmaq məqsədi daşıyır. Qanun böyük texnologiya şirkətlərindən məhsullarını daha açıq etmələrini tələb edir. Bu yolla istifadəçilər müxtəlif mesajlaşma proqramlarından istifadə edərək WhatsApp istifadəçiləri ilə birbaşa əlaqə saxlaya biləcəklər. Bu funksiyanın necə işləyəcəyi və hansı bölgələrdə mövcud olacağı hələlik bəlli deyil.