Az | EN

“WhatsApp” bir çox yerlərdə yeni funksiyasını istifadəyə verib

Bənövşə Kazımova
18 Noyabr 2022 15:35
493 baxış
“WhatsApp” bir çox yerlərdə yeni funksiyasını istifadəyə verib

“WhatsApp” bir çox ölkələrdə “biznes-kataloq”u funksiyasını istifadəyə verib. 

Məlumat üçün bildirək ki, funksiya “Qida və içki”, “Alış-veriş”, “Səyahət və hotellər” və digər bölmələrdən ibarətdir və hələlik yalnız İndoneziya, Böyük Britaniyada, Braziliya, Kolumbiya və Meksikada əlçatandır. Növbəti aylarda digər ölkələrdə də əlçatan olacağı gözlənilir.

Platformanın 2020-ci ilin oktyabr ayına olan məlumatına əsasən, dünya 175 milyondan çox insan gündəlik olaraq biznes hesablarına mesaj göndərmək üçün “WhatsApp”dan istifadə edir. “Meta” şirkətinin baş direktoru Mark Zukerberqin sözlərinə görə, bu istiqamətdə əsas məqsəd istifadəçilərin “WhatsApp” çatında biznes hesablarına mesaj göndərmək və məhsul almaq imkanı yaratmaqdır.

© copyright 2022 | tech.az | info@tech.az