Az | EN

WhatsApp-da artıq fotoları orijinal keyfiyyətdə göndərmək mümkün olacaq

Bənövşə Kazımova
21 Yanvar 2023 11:42
490 baxış
WhatsApp-da artıq fotoları orijinal keyfiyyətdə göndərmək mümkün olacaq

WABetaInfo paylaşdığı bloq yazısında WhatsApp-ın bir çox istifadəçilərinin gözlədiyi funksiya barədə məlumat verib. Bu paylaşıma görə, WhatsApp söhbətlər arasında orijinal keyfiyyətli fotoları göndərmək imkanını sınaqdan keçirir.

Vurğulayaq ki, WhatsApp istifadəçiləri lap əvvəldən platformada şəkilləri olduğu keyfiyyətdə göndərə bilməməklərindən şikayətlənirlər. Hətta böyük rəqibi Telegram-da bu xüsusiyyət olduğundan iki platforma tez-tez müqayisə edilir. Çünki WhatsApp hazırda öz sahəsində ən çox istifadə olunan proqramdır, bundan əlavə foto və videoların göndərilməsi baxımından da kifayət qədər çox istifadə olunur.

Yuxarıdakı şəkildə göründüyü kimi, iki söhbət arasında göndərilən media bölməsində fotoları orijinal keyfiyyətdə göndərmək seçimi görünəcək. Bu seçimdən istifadə etməklə, şəkilləri olduğu kimi göndərmək mümkün olacaq. 

Hazırda yenilik sınaq mərhələsindədir. Sabit versiyaya nə vaxt gələcək və mövzu ilə bağlı daha ətraflı məlumat hələlik mövcud deyil.

Bundan əlavə, WhatsApp status yeniləməsində də bəzi yeniliklər təklif edir. Daha əvvəl də qeyd etdiyimiz kimi, audio status yeniləmələrinin sınaq mərhələsi başa çatıb və xüsusiyyət stabil versiyaya gəlməyə başlayıb. Bu funksiya sayəsində istifadəçilər əvvəlcədən qeyd etdikləri səs yazılarını dinləyə və status paylaşa biləcəklər.

© copyright 2022 | tech.az | info@tech.az