Az | EN

Whatsapp-da bəzi yeniliklər edilib

Bənövşə Kazımova
20 Fevral 2023 15:28
763 baxış
Whatsapp-da bəzi yeniliklər edilib

WhatsApp platforması Android smartfonları üçün yenilənib və dörd funksiya təkmilləşdirilib. Bildirək ki, bir neçə yeni funksiya əlavə edilib, bəziləri təkmilləşdirilib, bəzi səhvlər isə düzəldilib.

Yeniliklərin siyahısını təqdim edirik:

• Artıq sənədləri göndərərkən onlara imza əlavə etmək mümkündür.

• Mövzu və qrup təsvirlərində simvolların icazə verilən sayı artırılıb.

• Eyni anda 100-ə qədər foto və ya video göndərmək mümkündür. Bu barədə sizə daha əvvəl də xəbər vermişdik. Onu da əlavə edək ki, əvvəllər onların sayı 30 idi.

• İndi öz “avatar”larınızı yarada və onları profil şəkilləri kimi istifadə edə, yaxud stiker kimi göndərə bilərsiniz. Bunun üçün “Parametrlər”ə keçmək və “Avatar” seçimini etmək lazımdır.

Əlavə olaraq qeyd edək ki, yuxarıdakı siyahıdan bəzi yeniliklər iPhone üçün hələlik mövcud deyil. Yeniliklərin yaxın həftələrdə iPhone istifadəçiləri üçün də əlçatan olacağı gözlənilir.

 

© copyright 2022 | tech.az | info@tech.az