Whatsapp-a gələn yeni xüsusiyyət sayəsində artıq istəmədiyiniz şəxslərin zənginə cavab vermək məcburiyyətində qalmayacaqsınız.
Bu barədə ilkin olaraq “Wabetainfo” saytında məlumat verilib. Bildirilib ki, “Don’t Disturb API”(Narahat etmə) funksiyasının köməyi ilə zəngləri asanlıqla buraxa bilərsiniz. Bunun üçün sadəcə smartfonun parametrlər bölməsindən “Narahat etməyin” rejimini aktivləşdirmək kifayətdir. Qarşı tərəf isə bu funksiyadan istifadə edərək zəngi buraxdığınızı bilməyəcək.
Nəzərinizə çatdıraq ki, buraxılmış zənglər üçün "Narahat Etməyin" funksiyası hazırda Android cihazlarının yeni beta versiyası üçün aktivdir. Yeni funksiya tezliklə İOS istifadəçilər üçün də əlçatan olacaq.