Az | EN

WhatsApp-da mesajları sabitləmək mümkün olacaq

Səbinə Eyvazova
23 İyun 2023 16:36
221 baxış
WhatsApp-da mesajları sabitləmək mümkün olacaq

WhatsApp-ın "2.23.13.11" Android beta versiyası yayımlanmağa başlayıb. Bu versiya ilə WhatsApp çatlarına faydalı funksiya gətirilib.

Yeni beta yeniləməsi ilə artıq WhatsApp istifadəçiləri sabitləmək istədikləri mesajların nə qədər sabitdə qalacağını müəyyən edə biləcəklər. Yeni funksiyaya 24 saatlıq, 7 günlük və 30 günlük seçimlər daxildir. Bu müddət bitdikdən sonra mesaj avtomatik olaraq sabitlənmiş mesajlardan silinir. İstifadəçilər vaxt bitməzdən əvvəl də sabitləməni özləri də dayandıra bilərlər.

Bu funksiya hələ ki beta istifadəçiləri üçün aktivdir. Yenilənmənin bütün WhatsApp istifadəçiləri üçün nə vaxt istifadəyə veriləcəyi hələlik açıqlanmayıb.

© copyright 2022 | tech.az | info@tech.az