Az | EN

WhatsApp-da mesajların kilidlənməsi artıq mümkündür

Fidan Abbaszadə
16 May 2023 12:30
208 baxış
WhatsApp-da mesajların kilidlənməsi artıq mümkündür

Whatsapp-a söhbətləri kilidləmək funksiyası əlavə olunub. Yenilənmə ilə artıq istənilən çatı parol və ya biometrik autentifikasiya ilə kilidləmək mümkündür. 

Başdan sona şifrələmə dəstəyi ilə tanınan WhatsApp cihaza fiziki girişi olan şəxslərin mesajları oxumasının qarşısını ala bilməyib. Lakin, yeni funksiya hətta proqram açıq olduqda belə söhbətlərin gizliliyini qorumaq məqsədini daşıyır.

Meta-nın açıqlamasına görə, “Chat Lock” aktivləşdirilərsə, söhbətlər parol və ya biometriklə qorunan qovluqda saxlanılacaq. Bu söhbətlərdən gələn bildirişlər göndərənin adını və ya mesajın məzmununu göstərməyəcək.

Meta həmçinin bildirib ki, “Chat Lock” funksiyası WhatsApp-da məxfiliyi gücləndirmək səylərinin yalnız başlanğıcıdır. Qeyd edək ki, yeni funksiya Android və iOS üçün əlçatandır.

© copyright 2022 | tech.az | info@tech.az