Az | EN

“WhatsApp”da müəyyən söhbətləri kilidləmək mümkün olacaq

Bənövşə Kazımova
03 Aprel 2023 13:23
287 baxış
“WhatsApp”da müəyyən söhbətləri kilidləmək mümkün olacaq

Sonuncu dəfə 2 il əvvəl söhbətlərin ehtiyat nüsxələrinin şifrələnməsi funksiyası üzərində işləyən WhatsApp bu dəfə də eyni şeyi söhbətlər üçün etməyi planlaşdırır.

Tətbiqə gətirilən yeniliyə görə şirkət bu yeni xüsusiyyət ilə mesajların tam məxfiliyini təmin edəcək. Belə ki, mesajları ancaq söhbət edən insanlar parol və ya barmaq izi ilə aça biləcək. Bu sayədə istifadəçilər tətbiqdə istədikləri söhbətləri gizlətmək imkanı əldə edəcəklər.

Bundan əlavə, onu açmağa çalışan şəxs dəfələrlə səhv parol daxil edərsə, o, yalnız söhbət tarixçəsinin silinməsi şərti ilə giriş əldə edə bilər. Beləliklə, söhbətə gətirilən bu kilid həm də medianın gizli qalmasına kömək edir. Əlavə edək ki, hazırda “Android” və “iOS”da “WhatsApp”ı kilidləmək mümkün olsa da , konkret bir şəxslə mesajları gizlətmək mümkün deyil.

Təəssüf ki, yeni funksiyanın istifadəçilərə nə vaxt təqdim ediləcəyi barədə məlumat yoxdur. Ancaq bunun tezliklə baş verəcəyi gözlənilir.

© copyright 2022 | tech.az | info@tech.az