Az | EN

WhatsApp-da reklamlara münasibət bildirmək mümkün olacaq

Bənövşə Kazımova
31 Yanvar 2023 15:47
203 baxış
WhatsApp-da reklamlara münasibət bildirmək mümkün olacaq

WhatsApp-ın elan qruplarında mesajlara reaksiya vermə imkanı üzərində işlədiyi bildirilir.  Bu imkan işə salınarsa, istifadəçilər emojilərdən istifadə edərək elan qruplarında olan mesajlara reaksiya verə biləcəklər. 

Bu barədə “WABetaInfo” saytı məlumat yayıb. Saytın yayığı məlumata görə, qrup adminlərinin icazəsi ilə təklif olunan reklamlara və ya elanlara istifadəçilər münasibət bildirə biləcəklər.

Həmin istifadəçilərin isə nömrələri gizli saxlanılacaq. Bu yeniliyin ilk “IOS” istifadəçiləri üçün aktiv olacağı gözlənilir.  Funksiya hələlik sınaq mərhələsindədir. Həmişə digər funksiyalarda olduöu kimi, bu yenilikdən də ilk olaraq beta istifadəçiləri ondan yararlana biləcəklər, bundan sonra daha geniş ictimaiyyətə təqdim olunacaq.

© copyright 2022 | tech.az | info@tech.az