Az | EN

WhatsApp e-poçt vasitəsilə hesab doğrulama funksiyasını təqdim edib

Nail Valiyev
21 Noyabr 2023 12:37
738 baxış
WhatsApp e-poçt vasitəsilə hesab doğrulama funksiyasını təqdim edib

WhatsApp e-poçt vasitəsilə hesab doğrulama seçimini təklif etməyə başlayıb
WhatsApp bir müddətdir beta proqramında istifadəçilərlə sınaqdan keçirdiyi yeni hesab doğrulama üsulunu bütün istifadəçilərə təqdim edib. Artıq istifadəçilər e-poçt vasitəsilə hesablarını doğrulaya biləcəklər.

İstifadəçilər indi SMS əvəzinə e-poçt yoxlamasından istifadə edərək autentifikasiya edə bilərlər. 

WhatsApp e-poçt hesabının yoxlanılması istifadəçilər mobil əhatə dairəsi olmayan yerdə olduqda və WhatsApp hesabına daxil olmaq məcburiyyətində olduqda alternativ kimi işləyir. İstifadəçilər öz hesablarına e-poçt ünvanı əlavə etmək üçün Profil - Hesab - E-poçt ünvanını seçməlidirlər. Əlavə edilmiş e-poçt ünvanını yalnız hesab sahibinin görə biləcəyi və digər istifadəçilərə görünməyəcəyi açıqlanıb.

Həmçinin, e-poçt ünvanı yalnız hesabın yoxlanılması üçün istifadə olunur. Digər tərəfdən, WhatsApp istifadəçilərə telefon nömrəsi əvəzinə istifadəçi adı istifadə etməyə imkan verən funksiya üzərində işləyir.

© copyright 2022 | tech.az | info@tech.az