WhatsApp məxfilik və təhlükəsizliyi artırmaq üçün yeni funksiya üzərində işləyir.
“WhatsApp” istifadəçiləri tezliklə iki addımlı e-poçt yoxlamasından istifadə edə biləcəklər. Bu funksiya hesablara daha çox məlumat oğurluğu və xaker hücumlarına qarşı ehtiyat tədbiri kimi xidmət edəcək. WhatsApp-ın beta versiyasında test edilən bu funksiya istifadəçilərə şəxsi e-poçt ünvanlarını WhatsApp hesablarına əlavə etməyə imkan verir.
E-poçt təsdiqindən istifadə olduqca sadədir; İstifadəçilər e-poçt ünvanlarını əlavə edib və doğrulama linki vasitəsilə e-poçt hesablarını doğrulanmasını tamamlaya biləcəklər. Bu funksiyanın tam olaraq nə vaxt istifadəyə veriləcəyi hələ məlum deyil, lakin ən qısa zamanda bütün WhatsApp istifadəçilərinə təqdim ediləcəyi gözlənilir. Yeni funksiya WhatsApp-ın məxfilik və təhlükəsizlik yönümlü səylərinin bir hissəsi kimi görünür.