Az | EN

Whatsapp-ın yeni funksiyası Azərbaycanlı mühəndis liderliyi ilə hazırlanıb

Cəmil Hüseynzadə
21 Sentyabr 2023 23:35
1821 baxış
Whatsapp-ın yeni funksiyası Azərbaycanlı mühəndis liderliyi ilə hazırlanıb

Whatsapp yeni funksiyası “Flows ”u təqdim edir. Bu funksiya istifadəçilərə proqramdan çıxmadan uçuşda yer seçmək,yemək sifariş etmək və ya görüş təyin etmək kimi tapşırıqları yerinə yetirməyə imkanı verəcək. Bu istifadəçilərə debet və kredit kartları və s. istifadə edərək birbaşa WhatsApp söhbətində alışı tamamlamağı asanlaşdırır.

Whatsapp-ın təqdim etdiyi bu yeni funksiyanın hazırlanması yer alan əsas şəxs həmyerlimiz Sabir Əlizadədir. Uzun müddətdir Meta (Whatsapp) şirkətində çalışan Sabir baş proqram mühəndisi vəzifəsində çalışır. Şirkətdə bu vaxta qədər müxtəlif layihələri icar edən Sabir hazırda Whatsapp-ın “Flows” layihəsinin texnologiya rəhbəridir. O son bir ildir bu layihə üzərində çalışırdı.

Sabir Əlizadə Tech.az açıqlama verib:

“WhatsApp Flows komanda ilə bir il ərzində işlədiyimiz bir layihə idi. Mən bu layihədə baş proqram mühəndisi olaraq texnologiya rəhbəri idim. Layihədə əsas bir neçə məqam üzərində çalışırdıq:

1. WhatsApp Flows-un işləyə biləcəyi yüksək miqyaslı, etibarlı və təhlükəsiz infrastrukturun qurulması

2. Flows üçün “Ödənişlər” sisteminə rəhbərlik

3. WhatsApp Flows-un Beta buraxılışına cavabdehlik

Hazırda Flows məhsulunun uzunmüddətli inkişafına cavabdehəm. Mövcud məhsullar var amma təəssüf ki, indi paylaşa bilmirəm. ”

Whatsapp-ın bu yeniliyi ilə qeyd etdiyimiz kimi alış-veriş və rezervasiyalar mümkün hala gəlir. Bu da tətbiqin “Super app” olmaq istədiyini göstərir.

Bununla bağlı “WhatsApp Flows-un arxasındakı fikir əslində “Super app”-dən başlamayıb. Son 2-3 il ərzində biz WhatsApp-da bizneslərə müştərilərə müxtəlif təcrübələr təqdim etməyə imkan verən müxtəlif məhsullar təqdim etdik. Bununla belə, hər bir biznesin öz spesifikasiyası, öz təcrübəsi və öz ünsiyyət tərzi olduğu üçün bu, inkişaf etdirilmə bilirdi. Sonra biz Biznesin öz təcrübələrini qura və WhatsApp-da işə sala biləcəyi bir platforma təqdim etmək qərarına gəldik. Şübhəsiz ki, bu, asan deyildi, çünki çoxlu iş və mürəkkəb problemlərin həlli tələb olunurdu, lakin nəticələr inanılmaz görünür.”  Sabir Əlizadə sözlərini deyib.

Şirkət Braziliya bankı Banco Pan, pərakəndə satış şirkəti MagaLu, Lenovo, Hindistan səyahət xidməti redBus, Hindistanda yerləşən SBI bankı və avtomobil satışı platforması Spinny kimi müəssisələrlə funksiyanı sınaqdan keçirdiyini açıqlayıb. Hazırda alış-veriş və e-ticarət Whatsapp-ın əsas diqqət yetirdiyi istiqamətlərdəndir.

© copyright 2022 | tech.az | info@tech.az