Az | EN

“WhatsApp”ın yeni funksiyası ilə göndərilən mesajları yalnız bir dəfə oxumaq mümkün olacaq

Bənövşə Kazımova
10 Dekabr 2022 16:08
282 baxış
“WhatsApp”ın yeni funksiyası ilə göndərilən mesajları yalnız bir dəfə oxumaq mümkün olacaq

““WhatsApp” "Mətni bir dəfə göstər” funksiyası üzərində işləyir. Bu funksiya vasitəsilə göndərilən mesajları yalnız bir dəfə oxumaq mümkün olacaq.

Belə ki, oxunmuş mesajlar yenidən oxuna bilməyəcək. Bundan əlavə, göndərilən mesaj açıldıqdan sonra söhbət bölməsindən silinəcək.

Onu da bildirək ki, Bu yenilik çox vacib məlumatı paylaşdığınız zaman və əlavə məxfilik üçün onu dərhal qarşı tərəfin telefonundan silmək istədiyinizdə çox köməyimizə gələcək. Çünki, mesaj avtomatik silinəcəyi üçün mətni birdəfəlik silmək lazım olmayacaq.

© copyright 2022 | tech.az | info@tech.az