WhatsApp Böyük Britaniyada qadağan olunmaq təhlükəsi ilə üzləşib.
Bildirilib ki, “Onlayn Təhlükəsizlik Aktı”na görə “Whatsapp” tezliklə İngiltərədə qadağan oluna bilər. WhatsApp-un rəhbəri Vil Keskart da platformanın İngiltərədə qadağan oluna biləcəyi xəbərini təsdiqləyib.
Onlayn Təhlükəsizlik Aktı WhatsApp mesajlarında istifadə edilən uçdan-uca şifrələməni zəiflədir. Platforma isə bundan razı deyil, buna görə də tətbiqin ölkədə qadağan olunması gözlənilir. Qadağanın nə zaman olacağı isə hələlik bəlli deyil.