WhatsApp messenceri istifadəçilərə qrup çatlarında qalma müddətini təyin etməyə imkan verəcək yeni funksiyanı sınaqdan keçirir. Bu müddətdən sonra istifadəçi avtomatik olaraq qrupdan çıxarılacaq.
Məlumat üçün nəzərinizə çatdıraq ki, tarixləri bir günə, bir aya və ya söhbətdən silmək üçün fərdi tarix təyin etmək mümkün olacaq. Əgər istifadəçi fikrini dəyişərsə, qrupdan çıxarılmanı ləğv etmək olacaq.
Yeni funksiya istifadəçi yazışmalarında işləri qaydaya salmaq üçün nəzərdə tutulub. Hazırda funksiya iOS proqramında sınaqdan keçirilir, onun nə vaxt bütün istifadəçilər üçün əlçatan olacağı məlum deyil. Bundan əvvəl platforma istifadəçiləri spamerlər və fırıldaqçılardan gələn zənglərdən qorumaq üçün yeni funksiyanı sınaqdan keçirməyə başlayıb, həmçinin fotolardan stiker yaratmaq imkanı əlavə edib.