“WhatsApp” platforması yeni funksiya üzərində işləyir. WABetaInfo-nun verdiyi məumata görə, bu yeniliklə istifadəçilər mesajları sabitləmək imkanı əldə edəcəklər.
Qeyd edək ki, yeni funksiya Android cihazları üçün “WhatsApp”ın beta 2.23.3.17 versiyasında görülüb. Bununla istifadəçilər mətndə istədikləri məlumatı tez və asanlıqla seçib sabitləyə biləcəklər.
Bundan əlavə, yenilik həm şəxsi mesajlarda, həm də qrup mesajları üçün əlçatan olacaq.
Funksiyanın nə zaman kütləvi istifadəyə verilməsi hələlik məlum deyil. Onun yaxın zamanda bütün istifadəçilər üçün əlçatan olması gözlənilir.