Az | EN

Whatsapp kanallar funksiyasını əlavə edib: Telegram-a rəqib olur

Cəmil Hüseynzadə
14 Sentyabr 2023 13:34
474 baxış
Whatsapp kanallar funksiyasını əlavə edib: Telegram-a rəqib olur

WhatsApp öz bloqunda qlobal istifadəyə verildiyini elan edib. Xidmət, kanalların istifadəyə verildiyi ölkələrin tam siyahısını təqdim etməyib və yalnız onların “yaxın aylarda” 150 ölkədən olan istifadəçilərə görünəcəyini qeyd edib. Şirkət funksiyanın sınağını 2023-cü ilin iyun ayında elan etmişdi.

İstifadəçilər kanallarda mətnlər, fotolar, videolar, sorğular və stikerlər dərc edə bilərlər. Abunəçinin telefon nömrələri digər istifadəçilərdən və administratordan gizlədilir. 

WhatsApp bu funksiya ilə Telegram-a rəqib olmaq istəyir.

© copyright 2022 | tech.az | info@tech.az