Az | EN

WhatsApp mesajlarının silinmə müddəti uzadılıb

Bənövşə Kazımova
04 İyul 2022 13:30
254 baxış
WhatsApp mesajlarının silinmə müddəti uzadılıb

WhatsApp daha bir yeni funksiyanı istifadəçilər üçün əlçatan edəcək. 

İlk dəfə 2017-ci ildə istifadəçilərə təqdim edilən "Hər kəs üçün sil" funksiyası əslində WhatsApp-da xüsusi bir yenilik idi. Həm tək, həm də qrup söhbətlərində mesajların silinməsinə imkan verən bu funksiya zamanla genişlənməyə başladı. Ortaya çıxan son iddiada mesajların silinməsi üçün daha çox vaxtın veriləcəyi bildirilir. WABetaInfo tərəfindən verilən son məlumatlarda WhatsApp mesajlarının silinmə müddətinin uzadıldığı qeyd edilib. Hazırda istifadəçilər göndərilən mesajları 1 saat 8 dəqiqə 16 saniyə ərzində silə bilərlər. Lakin son beta yeniləməsi sayəsində bu müddət 2 gün 12 saata (ümumilikdə 60 saat) qədər artırılacaq.

WhatsApp-da mesajların silinmə müddətini uzatmaqla yanaşı, qrup adminlərinə əlavə üstünlüklər də veriləcək. Məlumatlarda bildirilib ki, qrup adminləri digər istifadəçilərin mesajlarını silmək hüququna malik olacaqlar. Bu yeni funksiyanın bütün istifadəçilər üçün nə zaman əlçatan olacağı hələlik məlum deyil.

© copyright 2022 | tech.az | info@tech.az