WhatsApp qrup söhbətləri üçün yeni funksiya təqdim etməyə hazırlaşır. Belə ki, yeni funksiya ilə WhatsApp qrup söhbətlərində üzvlərin profil şəkli görünəcək.
Qruplarda yer alacaq profil şəkilləri sol tərəfdə olacaq. Profil şəkli olmayan üzvlər isə standart profil ikonu ilə görünəcəklər. Həmçinin profil şəkilləri adla eyni rəngdə olacaq. Bundan əlavə, WhatsApp istifadəçiləri adına baxmadan kimin hansı mesajı göndərdiyini asanlıqla anlayacaqlar.
Vurğulayaq ki, platforma bu funksiya ilə qruplarda yaranan çaşqınlığın qarşısını almağı planlaşdırır. Yenilik hazırda sınaq mərhələsindədir. Onun stabil versiyaya nə vaxt gələcəyi hələlik bəlli deyil.