WhatsApp qrup üzvləri üçün proqrama bir neçə yeni funksiya əlavə edib. İlk olaraq qrup halında iştirakçıların imkanlarını genişləndirən WhatsApp daha sonra qrupdan üzvlərinə bildirmədən səssizcə çıxmağa imkan verən funksiya hazırlayıb. Hazırda isə WhatsApp başqa bir funksiya üzərində işləyir.
Verilən məlumatlara görə, WhatsApp “Past Participants” funksiyasını təqdim edəcək. Bu funksiyasnın ilk olaraq iOS isyifadəçiləri üçün əlçatan olacağı bildirilir.
“Past Participants” funksiyası ilə WhatsApp istifadəçiləri son 60 gün ərzində qrupdan kimin çıxdığını və ya qrupdan çıxarıldığını görə biləcəklər. Hal-hazırda beta istifadəçilər üçün əlçatan olan funksiyasının tezliklə istifadəçilərə təqdim ediləcəyi gözlənilir.