Az | EN

“WhatsApp" bloklandığı ölkələrdə yeni funksiyasını işə salır

Bənövşə Kazımova
09 Yanvar 2023 17:13
219 baxış
“WhatsApp" bloklandığı ölkələrdə yeni funksiyasını işə salır

WhatsApp yeni funksiyasını elan edib. Platformadan bildirilib ki, istifadəçilər artıq proqramın bloklandığı ölkələrdə xidmətə daxil olmaq üçün proxy serverlərdən istifadə edə bilərlər.

Məlumat üçün nəzərinizə çatdıraq ki, Proxy server istifadəçilər və veb xidmətləri arasında vasitəçidir və məhdudiyyətləri aradan qaldırmağa imkan verən veb filtr kimi fəaliyyət göstərir.

Son zamanlarda İran və Suriya kimi ölkələrdə istifadəçilər internet senzurasından yan keçmək üçün tez-tez virtual özəl şəbəkə (VPN) xidmətlərindən istifadə edirlər. WhatsApp açıqlamasında "Bu senzuraların davam edəcəyi təqdirdə bu həllin etibarlı ünsiyyətin lazım olduğu yerdə insanlara kömək edəcəyinə ümid edirik", - deyə qeyd edib. Həmçinin açıqlamada yalnız proqrama qoşulmağın mümkün olmadığı hallarda funksiyadan istifadə edilməli olduğu bildirilib.

Yeni funksiyanı aktivləşdirmək üçün WhatsApp-ın ən son versiyasında parametrlər hissəsinə keçid etmək lazımdır.

© copyright 2022 | tech.az | info@tech.az