“WhatsApp” istifadəçilərin alış-veriş təcrübələrini zənginləşdirmək üçün “Flows” adlı yeni funksiya üzərində işləyir. Bu funksiya sayəsində istifadəçilər avtobus oturacağı seçmək və ya WhatsApp vasitəsilə görüş təyin etmək kimi spesifik əməliyyatları həyata keçirə biləcəklər. Flows tərəfindən təklif olunan digər xüsusiyyətlərə hesablara daxil olmaq, məhsulun fərdiləşdirilməsi və formanın doldurulması kimi əməliyyatlar daxildir. Ancaq bütün bunların necə istifadə oluna biləcəyi hələlik çox sirr olaraq qalır. Bu funksiyalar istifadəçilərin xarici veb-saytlara ehtiyacını aradan qaldırır.
Hazırda yalnız Braziliya və Hindistandakı bəzi müəssisələrdə sınaq mərhələsində olan bu xüsusiyyət sınaqlar tamamlandıqdan sonra bütün istifadəçilər üçün əlçatan olacaq.