Az | EN

WhatsApp səsli mesajlara "Bir dəfə bax" funksiyasını gətirib

Səbinə Eyvazova
08 Dekabr 2023 10:51
317 baxış
WhatsApp səsli mesajlara "Bir dəfə bax" funksiyasını gətirib

WhatsApp səsli mesajlara da "Bir dəfə bax" funksiyasını gətirib. Artıq istifadəçilər söhbət zamanı göndərdikləri səsli mesajları bir dəfə dinləniləcək şəkildə təyin edə bilərlər. Səsli mesajlar dinlənildikdən sonra avtomatik olaraq yox olacaq.

Yeni funksiya WhatsApp-ın məxfiliyi artırmaq üçün təklif edilən “Bir dəfə bax” funksiyasının genişləndirilməsi kimi görünür. Səsli mesajlar göndərildikdən sonra 14 gün ərzində bir dəfə dinlənilməsə, silinəcək. Bildirilir ki, funksiya istifadəçilərə həssas məlumatları daha təhlükəsiz şəkildə paylaşmağa imkan verir. "Bir dəfə Bax" funksiyası aktiv olduqda, göndərilən media məzmunu yönləndirilmir, saxlanılmır və ya başqaları ilə paylaşılmır. Səsli mesajlar da ucdan-uca şifrələmə ilə qorunmağa davam edir. Yeni funksiya yaxın günlərdə tədricən bütün istifadəçilər üçün əlçatan olacaq.

© copyright 2022 | tech.az | info@tech.az