Az | EN

WhatsApp səsli zənglərdə kontaktların maksimum sayını 32-yə çatdırıb

Bənövşə Kazımova
25 Aprel 2022 13:30
246 baxış
WhatsApp səsli zənglərdə kontaktların maksimum sayını 32-yə çatdırıb

WhatsApp həm iOS, həm də Android üçün zəngdə maksimum 32 kontaktı dəstəkləyəcək yeni funksiyanı təqdim edib. Xatırladaq ki, WhatsApp bu yaxınlarda "İcmalar" funksiyasını elan edərkən, səsli söhbətlərdə şəxslərin sayını artıraacağını da qeyd etmişdi. Bildirək ki, indiyədək səsli zənglərdə maksimum kontakt sayı 8 nəfər olub. WhatsApp-ın yeni yeniləməsi həmçinin dinamikin vurğulanması və dalğa formaları ilə yeni interfeysə malikdir. WhatsApp-ın bu yeni versiyası səsli poçt, kontaktlar və qruplar üçün məlumat ekranları üçün yenilənmiş dizayn şəklində gəlir. Həmçinin verilmiş açıqlamada bu yeniləmələrin hər kəsə çatdırılmasının bir qədər zaman alacağı da bildirilir. Qeyd edək ki, funksiya tezliklə bütün istifadəçilər üçün əlçatan olacaq.

© copyright 2022 | tech.az | info@tech.az